Kartın səndə qala bilər, amma məlumatın səndən çıxırsa – pulun da çıxır. ⚠️Bir saxta link, bir mesaj, bir “bank əməkdaşıyam” zəngi…
Nəticədə hesabın boşalır. 💸
Unutma:
📌 Kart nömrəsi, PIN, CVV və tarix – sənin maliyyə şəxsiyyətindir.
Bu məlumatlar paylaşılmamalıdır.
Heç bank belə sənə bu məlumatları telefonda və ya mesajla istəməz!
⚖️ Bəs kart fırıldaqçılığı ilə üzləşsən, nə etməlisən?
1️⃣ Dərhal bankına zəng et – kartı bloklat və hadisəni bildir.
2️⃣ Rəsmi müraciət et: Banka yazılı şikayət təqdim et, əməliyyat tarixlərini qeyd et.
3️⃣ Polisə və ya Kiber Cinayətlərə qarşı Mübarizə İdarəsinə məlumat ver.
4️⃣ Əgər bank məsuliyyətdən yayınırsa, hüquqi yardım al, çünki bəzi kiberfırıldaq hallarında bank da məsuliyyət daşıyır.
5️⃣ İtirdiyin məbləği qaytarmaq mümkündür, amma əsas şərt vaxtında reaksiya verməkdir.

