Əmək münasibətlərində ən çox rast gəlinən hallardan biri — işçidən “bir az da qal, işi bitirək” tələbi olur.

Bir dəfə razı olursan, ikinci dəfə də, sonra bu vərdişə çevrilir. Amma sual budur: səni buna məcbur edə bilərlərmi?

❗Qanuna görə – xeyr.

Əmək Məcəlləsinin 99-cu maddəsinə əsasən, iş vaxtından artıq iş ancaq işçinin razılığı ilə mümkündür.

Yəni sən “iş vaxtından artıq işləmək istəmirəm” dediyinə görə işdən çıxarıla, intizam tənbehinə və ya təzyiqə məruz qala bilməzsən.

Əgər işəgötürən:

• səni razılıqsız işdə saxlayır,
• etiraz etdiyinə görə “problemlisən” damğası vurur,
• və ya hədə-qorxu ilə “çıxaracağam” deyirsə — bu, artıq əmək hüququnun pozulmasıdır.

Belə hallarda sən:

1. Əmək Müfəttişliyi Xidmətinə şikayət edə bilərsən;

2. Zərər çəkmisənsə, məhkəmədə hüquqlarını tələb edə bilərsən.

Unutma: əlavə iş, məcburi deyil — razılığa əsaslanır.
Əgər bu gün susarsansa, sabah “normadan artıq” iş sənin yeni normalına çevriləcək.