Bir çox insan bu iki anlayışı qarışdırır — amma aralarındakı fərq sənin hüquqlarını birbaşa müəyyən edir. ⚖


👷‍♂ Əmək müqaviləsi — işçi və işəgötürən arasında bağlanır.


İş saatı, məzuniyyət, əmək haqqı və sosial sığorta təminatı daxildir.


İşçi tabelikdə olur və işəgötürənin daxili qaydalarına əməl etməlidir.


Əmək Məcəlləsi ilə tənzimlənir.


🧾 Xidmət müqaviləsi — müstəqil şəxs (icraçı) ilə sifarişçi arasında bağlanır.


Müqavilə konkret işə  görə bağlanır, sabit iş vaxtı yoxdur.


Sosial sığorta, məzuniyyət və digər işçi imtiyazları tətbiq edilmir.


Mülki Məcəllə ilə tənzimlənir.


💡 Xülasə, 

Əgər sən kiminsə rəhbərliyində daimi işləyirsənsə — əmək müqaviləsi imzalamalısan .


📘 Hüququnu tanı, sənəd imzalayarkən fərqi bil.