Məhkəmə qərarı çıxıb, amma icra olunmur?
Ədalət bərqərar olmalıdır, amma kağız üzərində qalırsa, bu artıq təkcə etik yox, hüquqi məsələdir.
Məhkəmə qərarını icra etməli olan şəxs -fiziki, hüquqi və ya rəsmi şəxs olmağından asılı olmayaraq, qanun qarşısında məsuliyyət daşıyır.
Bu məsuliyyət İcra haqqında Qanun və Cinayət Məcəlləsi (306-cı maddə) ilə tənzimlənir.
Əgər şəxs:
•Qəsdən məhkəmə qərarını yerinə yetirmirsə;
•İcra məmurunun tələblərini pozursa; •Əmlakını gizlədir, saxtalaşdırır və ya •İcra prosesinə mane olursa -
onda bu, qanuni icranın pozulması hesab olunur.
Belə hallarda:
•İnzibati cərimə və ya icbari icra tədbirləri tətbiq oluna bilər;
•Qəsdən icra etməmək hallarında isə - Cinayət məsuliyyəti (hətta azadlıqdan məhrumetmə) nəzərdə tutulur.
Əgər icra məmuru vəzifəsini lazımi qaydada yerinə yetirmirsə, və ya icranı bilərəkdən ləngidirsə, bu halda o da intizam və ya cinayət məsuliyyəti daşıyır.
Qanunun gücü yalnız qərar verməklə yox, həm də verilən qərarın icra olunmasıyla ölçülür.
Məhkəmə qərarını icra etməmək - ədalətə qarşı çıxmaq, hüququ zərərsizləşdirmək deməkdir.

